Ceydon Sançonun yeni iş yeri bəlli oldu

07:00 - 5 Yanvar 2024

Ceydon Sançonun yeni iş yeri bəlli oldu

"Mançester Yunayted"in hücumçusu Ceydon Sançonun kareyrasını harada davam etdirəcəyi dəqiqləşib.

 

Manset.az xəbər verir ki, məlumatı "Bild" yayıb.

Xəbərə görə, Ceydon sabiq klubuna - Dortmund "Borussiya"sına icarəyə veriləcək. Mənbə tərəflərin artıq razılığa gəldiyini və keçidin sabah elan oluna biləcəyini vurğulayıb.

Qeyd edək ki, Sanço MY-yə 2021-ci ildə "Borussiya"dan transfer olunmuşdu. Ötən ilin avqustunda "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla insident yaşayan 22 yaşlı futbolçu heyətdən kənarlaşdırılıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin