“Neftçi” Türkiyədən basketbolçu transfer etdi

20:24 - 4 Yanvar 2024

“Neftçi” Türkiyədən basketbolçu transfer etdi

“Neftçi” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

 

Manset.az  xəbər verir ki, “ağ-qaralar” türkəsilli Ulaş Can Turqutu transfer edib.

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçunun son klubu Türkiyə təmsilçisi “Darüşşafaka Lassa” olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi” ölkə çempionatında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin