Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

00:59 - 13 Yanvar 2024

Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

Türkiyə Super Liqasının 15-ci həftəsində baş tutan "Ankaragücü" - "Rizespor" (1:1) matçından sonra paytaxt klubunun prezidenti Faruk Koca tərəfindən hücuma məruz qalan türkiyəli hakim Halil Umut Meler meydanlara geri dönür.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, Meler Superliqanın 20-ci həftəsində keçiriləcək görüşə təyinat alıb.

O, 14 yanvar - bazar günü oynanacaq "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.

Qeyd edək ki, 37 yaşlı hakim yaşanan qalmaqaldan sonra karyerasını bitirəcəyini açıqlamışdı.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin