Coşqun Diniyevin ötürməsi komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

23:36 - 14 Yanvar 2024

Coşqun Diniyevin ötürməsi komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

 

Manset.az  xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ürmaniyespor" "Genclerbirliyi" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Coşqun Diniyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, komandasının yeganə qolunun ötürməsini edib.

"Ürmaniyespor" - "Genclerbirliyi" - 1:1

Qollar: Amilton, 32 (0:1), Eser, 79 (1:1) 

"Ürmaniyespor" bu nəticədən sonra 23 xalla 9-cu, "Genclerbirliyi" 28 xalla 8-ci pillədə qərarlaşıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin