Benzema Premyer Liqada çıxış edə bilər

17:38 - 18 Yanvar 2024

Benzema Premyer Liqada çıxış edə bilər

"Əl İttihad"ın ulduz hücumçusu və "Qızıl top"un sahibi Kərim Benzema Avropaya qayıda bilər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün 36 yaşlı fransalı Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Marselo Qalardo tərəfindən cəzalandırılıb və komanda ilə məşqi buraxıb. 

Kərim Dubayda keçiriləcək qış turnirində də iştirakdan uzaqlaşdırılıb.

Mətbuatda yayılan xəbərlərə görə, Benzema komandanın qış transferi gücləndirilməməsindən narazı qalıb və Səudiyyə Ərəbistanını icazəsiz tərk edib. Ulduz futbolçunun cəzalanmasının səbəbi də bu olub.

Hücumçu axtarışında olan “Arsenal” Kərim Benzema ətrafında yaranmış vəziyyətdən yararlanmağa qərar verib. 

İngilislər 36 yaşlı fransızı mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted" Benzemanı almağa çalışsa da, fransız "qırmızı şeytanlar"ın hazırda yaşadığı böhran səbəbindən bu variantı rədd edib.

Premyer Liqa çempionluğu uğrunda mübarizə aparan Londonun "Arsenal" klubunun təklifi fransız forvardın marağına səbəb ola bilər.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin