Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən 2023-cü ildə vətəndaşlara göstərilən müraciət və xidmətlərin statistikası açıqlanıb.
STM-in İctimaiyyətlə əlaqələr bölməsindən Manset.az-a bildirilib ki, Mərkəzin tabeliyindəki tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 526 min müraciət daxil olub.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 4 milyon 549 min təşkil edib. Bu xidmətlərin 3 milyon 432 mini ambulator, 1 milyon 117 mini isə stasionardır.
Mərkəzə müraciətlərin sayı 18 faiz, göstərilən xidmət sayı isə 47 faiz artıb.