Türk müğənni Yıldız Tilbenin son aylarda Şimali Kiprdəki 15 konsertini ləğv etdiyi məlum olub.
Manset.az xəbər verir ki, bu prosesdə illərdir birlikdə işlədiyi menecerini dəyişən sənətçinin təyyarəyə minməmək üçün hər konsertdən alacağı 1,5 milyon lirədən imtina etdiyi öyrənilib.
Qış aylarında təyyarə ilə səyahət etməkdən çəkimə Yıldız Tilbe 22 milyon 500 lirədən imtina etməli olub.
Sənətçinin son uçuşu zamanı yaşadığı stress səbəbindən təyyarəyə minmək istəmədiyi bildirilir. Bu il belə bir qərar verən Yıldız Tilbenin Türkiyədəki konsertlərinə maşını ilə gedəcəyi öyrənilib.
Jalə
Manşet.az