ABŞ-nin Delaver Məhkəməsinin hakimi Kathaleen McCormick, Tesla-nın CEO-su İlon Maskın maaş paketinin şirkətin idarə heyəti tərəfindən ədalətsiz olaraq təyin edildiyi səbəbiylə ləğv edilə biləcəyinə qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, McCormick, Maskın təqribən 56 milyard dollarlıq maaş paketinin "ağılasığmaz bir məbləğ" olduğunu ifadə edib.
McCormick şirkətin səhmdarı Riçard Tornettanın iddiası ilə bağlı öz fikrini bildirərkən, qərarın iddiaçının xeyrinə verildiyini, tərəflərin bu qərarı həyata keçirmək üçün bir növ yekun qaydanı müzakirə edəcəyini və bu məsələni sınaq səviyyəsində yekunlaşdırmaq üçün bütün məsələləri həll edən birgə məktub təqdim edəcəyini qeyd edib.
İlon Mask isə sosial media X hesabında mövzu ilə bağlı paylaşım edərək, "Heç vaxt Delaver əyalətində şirkətinizi qurmayın" deyib.
Əfsanə
Manşet.az