Çinin Ayın qaranlıq səthinə göndərdiyi "Chang'i 6" rover missiyasını başa vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla, Çin Ayın qaranlıq səthindən qaya və torpaq nümunələri toplayan ilk ölkə olub.
Çin Milli Kosmos İdarəsindən verilən açıqlamaya görə, iyunun 2-də Ay səthinə endikdən sonra zondu ilə səthdə qazıntı işləri aparan kəşfiyyat vasitəsi konteynerə topladığı nümunələri möhürləyərək yüksəliş vasitəsinə köçürüb.
Gücləndirici vasitə səhər saatlarında nümunələrin olduğu konteyneri səthdən orbitə qaldırıb.
Bu, missiyanın nümunə toplama hissəsini tamamlayıb.
Növbəti mərhələdə nümunələr orbitdəki qayıdış gəmisinə ötürüləcək və geri dönən şatl nümunələri Yerə gətirəcək.
Əfsanə Rəcəb
Manşet.az