Müəllimlərin sertifikatlaşdırma imtahanında bir çox müəllimlər yüksək nəticə əldə ediblər.
Manset.az xəbər verir ki, yüksək nəticə göstərənlərdən biri də İsmayıllı şəhər 4 saylı orta məktəbin fizika müəllimi Ülviyyə Həmidovadır. O, imtahandan 57 bal toplayaraq uğurlu nəticə göstərib.
Ülviyyə Həmidova bildirib ki, imtahan sualları hərtərəfli olub və hazırlıqlı olan hər bir müəllim bu mərhələdən keçə bilər:
“Öz
üzərində çalışan hər bir müəllim bu imtahandan keçə bilərdi. Sertifikatlaşdırma
müəllimlərin inkişafına aparan bir başlanğıcdır və bizi öz üzərimizdə işləməyə
sövq edir. Mütəmadi yenilikləri araşdırmalı, daim üzərimizdə çalışmalıyıq”.
Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırma prosesi onların peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsinə yönəlib və təhsildə keyfiyyətin artırılmasına xidmət edir.