Musiqi məktəblərinə qəbul nəticələri açıqlandı

12:28 - 06 Sentyabr 2025

Musiqi məktəblərinə qəbul nəticələri açıqlandı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.


Manset.az xəbər verir ki, namizədlər nəticələrlə qeydiyyat etdikləri "MyCulture" vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az