"Bu uşaqlara mütləq peyvənd vurulmalıdır" - Həkimdən XƏBƏRDARLIQ

15:31 - 10 Sentyabr 2025

\"Bu uşaqlara mütləq peyvənd vurulmalıdır\" - Həkimdən XƏBƏRDARLIQ

Payız fəsli yaxınlaşdıqca payıza hazırlıq görülür. Görüləcək hazırlıqlardan biri də qripə qarşı peyvənddir. Amma bu proses hələ də valideynlər arasında çaşqınlıq yaradır. Bəziləri bu prosesin vacib olduğunu bildirir. Bəziləri isə peyvəndin əksinə lazımsız olduğunu düşünür. 


Mövzu ilə bağlı Manset.az-a danışan pediatr Gülnar Abdullayeva bildirib ki, peyvəndin əsas məqsədi qrip və onun ağırlaşmalarının qarşısını almaqdır:

"Qrip peyvəndi 6 aydan yuxarı olan bütün uşaqlara, tez-tez xəstələnən körpələrə, astması və ya xroniki xəstəliyi olan uşaqlara mütləq vurulmalıdır:

Pediatr qeyd edib ki, ağır xroniki xəstəlikləri olan böyüklər, 65 yaşdan yuxarı insanlar və xüsusilə tibbi xidmətlə məşğul olan şəxslər üçün də qrip peyvəndi tövsiyə olunur:

"Qrip peyvəndinin heç bir əks göstərişi yoxdur. Birinci ildə peyvənd iki doza olaraq, ikinci ildən etibarən isə yalnız bir doza vurulmalıdır. Qrip peyvəndi noyabrın 25-dən sonra, noyabr, dekabr, yanvar və fevral aylarında xüsusilə yayılmış qrip infeksiyalarına qarşı uşaqlarımızı və böyüklərimizi qoruyacaq və onların xroniki xəstəliklərinin ağırlaşmasının qarşısını alacaq".

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə saytımıza bildirilib ki, payız-qış mövsümündə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər davam etdirilir:

"Əhalinin sağlamlığının qorunması məqsədilə ölkəyə qrip peyvəndi gətiriləcək. Peyvəndlər tibb müəssisələrinə çatdırıldıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az