Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralov uzun müddətdən sonra görüntülənib.
Manset.az-ın əldə etdiyi məlumata görə, keçmiş Baş Prokuror Azərbaycanın sabiq baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin 40 mərasimində qəbirüstü abidəsini ziyarət edərkən görünüb.
Zakir Qaralovun bir qədər çəki itirdiyi, sağlam və səliqəli görünüşdə olması diqqət çəkib.
Qeyd edək ki, Zakir Qaralov 2000-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində çalışıb.