"Mən istefa verməmişəm" - Samir Abasov 

14:55 - 24 Noyabr 2025

\"Mən istefa verməmişəm\" - Samir Abasov 

Sosial şəbəkələrdə və bir sıra media orqanlarında "Neftçi"nin baş məşqçisi Samir Abasovun istefaya göndərildiyi barədə məlumatlar yayılıb.


Manset.az məsələ ilə bağlı Samir Abasovla əlaqə saxlayıb. O, yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:

"Xeyr, mən istefa verməmişəm. Hazırda komandanın baş məşqçisi mənəm. Bu gün iş günü olmadığına görə evdəyəm. "Neftçi"yə xarici baş məşqçinin gətirilməsi xəbəri doğru deyil. "İmişli"yə məğlubiyyətdən sonra rəhbərliklə aramızda hər hansı bir söhbət olmayıb. Ətralı məlumat klubun rəsmi saytında veriləcək".




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az