Bakıda yanan maşın söndürülüb.
Bu barədə Manset.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, H.Əliyev prospektində avtomobildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
***
16:23
Bakıda avtomobil yanır.
Manset.az-ın məlumatına görə, Heydər Əliyev prospektində “Ford” markalı avtomobilin yanması ilə bağlı görüntülər qeydə alınıb.
Əraziyə FHN-in qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. Yanğın nəticəsində xəsarət alanların olub-olmadığı da açıqlanmayıb.