Sosial şəbəkələrdə “Gənclik” metrostansiyasının çıxışında metrostansiyanın daxilini əks etdirən monitorun yerləşdirildiyinə dair videogörüntülər yayılıb. Yayılan görüntülər vətəndaşların marağına səbəb olub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu monitor futbol oyunları zamanı vətəndaşların işini asanlaşdırmaq üçün nəzərdə tutulub.
“ “Gənclik” stansiyasının çıxışında quraşdırılmış monitor Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol oyunları və digər kütləvi tədbirlərdən qayıdan sərnişinlərin platformadakı vəziyyətə uyğun rahat şəkildə stansiyaya daxil ola bilmələrini təmin etmək məqsədilə quraşdırılıb. Onu da əlavə edək ki, əgər ehtiyac yaranarsa, digər stansiyalarda da monitorlar quraşdırıla bilər”.
Fidan Vəlisoy