"Qara qızıl insan kapitalına çevrilməlidir" - Nazir müavini

11:50 - 03 Mart 2026

\"Qara qızıl insan kapitalına çevrilməlidir\" - Nazir müavini

"Əsas məqsədimiz qara qızılı insan kapitalına çevirməkdir". 


Manset.az xəbər verir ki, bu sözləri Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin açılış mərasimində deyib. 

Nazir müavini bildirib ki, keçirilən müsabiqənin ölkədə insan kapitalının formalaşmasında rolu böyükdür. Bu insan kapitalı ölkənin uğurlu gələcəyinin modelləşdirilməsini təmin edə bilər: 

“İnsan kapitalının formalaşmasının iki yolu var: formal və informal təhsil. Formal təhsil tədris müəssisələrində formalaşdığı halda, informal təhsil isə müxtəlif təcrübələrə - bacarıq və müvafiq vərdişlərə əsaslanır”, - deyə Firudin Qurbanov qeyd edib. 


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az