Azərbaycan Latviya üçün regionda vacib tərəfdaşdır

20:17 - 15 Fevral 2024

Azərbaycan Latviya üçün regionda vacib tərəfdaşdır

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin daxili işlər naziri Rihards Kozlovskislə görüşüb.

 

Ölkəmizin Latviyadakı səfirliyindən Manset.az-a  bildiriblər ki, görüşdə Elnur Sultanov cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib. O, Azərbaycan ilə Latviyanın strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Nazir Rihards Kozlovskis iki ölkə arasında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş olduğunu bildirib.

Görüş əsnasında Azərbaycan və Latviya arasında hüquq-mühafizə sahəsində mövcud olan əməkdaşlığın cari vəziyyəti və inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az