COP29-un Azərbaycanda keçirilməsi sevindiricidir - Əminə Ərdoğan

20:00 - 05 Mart 2024

COP29-un Azərbaycanda keçirilməsi sevindiricidir - Əminə Ərdoğan

Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.

 

Manset.az  xəbər verir ki, bu barədə Ə.Ərdoğan "X"də yazıb.

O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb.

"Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq. Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək",- Ə.Ərdoğan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az