Azərbaycanda məşhur General vəzifəsindən azad olundu - Yeni Təyinatlar

11:30 - 04 Noyabr 2021

Azərbaycanda məşhur General vəzifəsindən azad olundu - Yeni Təyinatlar

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanına yeni müavin təyin edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Heydər Əliyev adına Hərbi Liseyinin rəisi, general-mayor Həməmməd Həsənov tutduğu vəzifəsindən azad olunaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanı, general-polkovnik Kərəm Mustafayevə müavin təyin edilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Qərargah rəisinin müavini, polkovnik Elşad Həsənov isə vəzifəsindən azad olunaraq Naxçıvan Heydər Əliyev adına Hərbi Liseyinin rəisi təyin edilib. 

Əli VƏLİYEV

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az