“Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının strukturunda ayrıca olaraq gender məsələri şöbəsi yaradılıb”.
Manset.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.