Hacıqabulda kamaz aşdı, 1 nəfər öldü - FOTO

09:09 - 11 İyul 2024

Hacıqabulda kamaz aşdı, 1 nəfər öldü - FOTO

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya uğrayıb, onlardan biri ölüb.


Manset.az Apa-ya istinadən xəbər verir ki,  hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kamaz markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Məmmədova Füruzə Əsəd qızı və 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu xəsarət alaraq Şirvan rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az