ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkisində iştirak edəcəyini bəyan edib.
Manset.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında bildirilib.
"Mən Kamala Harrisəm və ABŞ prezidenti vəzifəsinə namizədliyimi irəli sürürəm", - deyə o amerikalıları onun kampaniyasını maliyyələşdirməyə çağırıb.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib.
Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. “Associated Press” agentliyinin məlumatına görə, Kamala Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.