Avropada fevraladək daha yarım milyon insan koronavirusdan ölə bilər" - ÜST-dən XƏBƏRDARLIQ

18:18 - 04 Noyabr 2021

Avropada fevraladək daha yarım milyon insan koronavirusdan ölə bilər\" - ÜST-dən XƏBƏRDARLIQ

“Avropanın 53 ölkəsindəki mövcud yoluxma sürəti narahatlıq doğurur”.

Manset.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge deyib.

Onun sözlərinə görə, "Delta" ştamı ilə əlaqədər olaraq Avropadakı vəziyyət yenidən bir il əvvəlki kimidir: “Məni 7 ölkənin məhdudiyyətləri yumşaltmaları narahat edir. COVID-19-un artmasına reaksiya göstərmək əvəzinə, əvvəldən xəstəliyin yayılmasının qarşısını almalıyıq”.

ÜST-nin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edəcəyi təqdirdə gələn il fevralın 1-dək yarım milyon insan COVID-19-dan ölə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az