Nəsimi rayonunda əlindəki siqaret səbəbindən faciəvi şəkildə öldü

13:14 - 13 Noyabr 2021

Nəsimi rayonunda əlindəki siqaret səbəbindən faciəvi şəkildə öldü

Bakıda 49 yaşlı kişi ehtiyatsızlıqdan özünü yandıraraq ölüb.

Manset.az xəbər verir ki, hadisə Nəsimi rayonunun S.Rəhimov küçəsində baş verib.

Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Nəriman Ramazanovun ehtiyatsızlıqdan üzərinə kimyəvi məhlul ("rastvoritel") tökülüb. Həmin vaxt çəkdiyi siqaret də əlindən üzərinə düşüb. Nəticədə N.Ramazanov yanaraq ölüb.

Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az