Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.
Manset.az xəbər verir ki, Özbəkistan Prezidenti bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Qeyd edək ki, avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.