Asim Munirə Azərbaycanın hərbi medalı təqdim edildi - FOTO

18:56 - 13 Avqust 2025

Asim Munirə Azərbaycanın hərbi medalı təqdim edildi - FOTO

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana səfər edib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal Asim Muniri və Pakistan ordusunun şəxsi heyətini "Müstəqillik günü" və "Haqqın qələbəsi" əməliyyatında əldə edilmiş uğur münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonra feldmarşal Asim Munirə Azərbaycan müdafiə nazirinin əmri ilə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az