Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.