Prezident bu sazişləri təsdiqlədi

13:20 - 14 Avqust 2025

Prezident bu sazişləri təsdiqlədi

Prezident İlham Əliyev bu il iyulun 2-də Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 sazişi təsdiq edib.


Manset.az xəbər verir ki, bunlar, aşağıdakılardır:

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”

- “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”

Aidiyyəti qurumlar (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) sazişlərin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az