Bakıda NATO görüşü - FOTO

19:56 - 21 Avqust 2025

Bakıda NATO görüşü - FOTO

Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Quru Qoşunlarının "N" saylı hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Tərəflər həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin cari vəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az