"Azərbaycan Prezidenti
                                                            cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi
                                        
                    
                    
                                                            müsahibədə Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirdi ki, bu layihə yalnız
                                                            Şərq-Qərb deyil, həm də Şimal-Cənub istiqamətində böyük strateji əhəmiyyət kəsb
                                                            edir. Dövlət başçısı qeyd etdi ki, hazırda mövcud olan Şimal-Cənub dəhlizi
                                                            Rusiyadan başlayaraq Azərbaycan vasitəsilə İrana və Fars körfəzinə qədər
                                                            uzanır, lakin İran ərazisində hələ tikilməmiş hissələr var və bu səbəbdən layihənin
                                                            tam gücü ilə işləməsi müəyyən vaxt tələb edir".
"Onun sözlərinə görə, bu yol Rusiyadan Azərbaycana, daha sonra Ermənistana, Naxçıvana və oradan İrana uzanaraq Fars körfəzinə çıxış təmin edəcək. Beləliklə, Zəngəzur dəhlizi əslində təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub dəhlizinin mühüm hissəsinə çevriləcək.
Dövlət
                                                            başçımız müsahibəsində xüsusi olaraq qeyd etdi ki, bu layihə heç bir ölkəyə zərər
                                                            gətirmir, əksinə bütün region üçün “hamının udacağı vəziyyət” formalaşdırır. Azərbaycan
                                                            beynəlxalq tranzit mərkəzinə çevriləcək, Ermənistan iqtisadi təcriddən çıxacaq,
                                                            İran əlavə Şimal-Cənub bağlantısı qazanacaq, Rusiya və Avropa isə daha qısa
                                                            marşrut əldə edəcək. Prezident İlham Əliyev İran hökumətinin də bu layihənin
                                                            faydasını anladığını diqqətə çatdıraraq, Azərbaycanın regional əməkdaşlığı gücləndirmək
                                                            üçün hər şeyi edəcəyini vurğuladı.
Bu müsahibə
                                                            bir daha göstərir ki, Azərbaycan regional nəqliyyat strategiyasını yalnız özünün
                                                            milli maraqları üzərində deyil, həm də qonşu ölkələrin maraqlarını nəzərə
                                                            alaraq formalaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının
                                                            “Əl-Ərəbiyyə” telekanalına açıqlamaları, əslində, balanslı və uzaqgörən siyasətin
                                                            nümunəsidir. Burada həm iqtisadi fayda, həm də geosiyasi sabitlik ön plandadır".
Deputat qeyd edib ki, nəticə olaraq, Zəngəzur dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü ilə bütün region üçün inkişaf imkanlarını genişləndirən, qarşılıqlı asılılığı gücləndirən və uzunmüddətli sülhə xidmət edən bir layihə kimi çıxış edir.:
"Bu layihə bütün region dövlətləri
                                                            və bütövlükdə bütün Avropa və Asiya üçün böyük faydalar verəcək".
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            