ABŞ Prezidenti Donald Tramp sosial media hesabından ölkəsinin miqrasiya siyasətinə dair paylaşım edib.
Manset.az xəbər verir ki, Tramp, ‘Texnoloji cəhətdən irəliləyiş əldə etmiş olsaq da, miqrasiya siyasəti bu nailiyyətləri və bir çox insanın yaşam şəraitini pozmuşdur. ABŞ sisteminin tam şəkildə bərpa oluna bilməsi üçün üçüncü dünya ölkələrindən gələn miqrasiyanı daimi olaraq dayandıracağam’ ifadələrindən istifadə edib.
Keçmiş ABŞ Prezidenti Co Bayden tərəfindən imzalananlar da daxil olmaqla milyonlarla qanunsuz qəbulun da sona çatdırılacağını qeyd edən Tramp əlavə edib: "BŞ üçün aydın bir dəyər ifadə etməyən və ya ölkəmizi sevə bilməyən hər kəsi deportasiya edəcəyəm, ölkəmizin vətəndaşı olmayanlara verilən bütün federal yardım və subsidiyalara son qoyacağam, daxili asayişi pozan immiqrantların vətəndaşlığını ləğv edəcəyəm və təhlükəsizlik riski yaradan və ya Qərb sivilizasiyası ilə uyğun olmayan bütün xarici vətəndaşları deportasiya edəcəyəm".