"Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir"

12:22 - 01 Dekabr 2025

\"Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir\"

"Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir".


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində deyib.

    O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.

    “Bakı Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi qeyd edib.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az