Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir

11:22 - 02 Dekabr 2025

Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir

Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.


Manset.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə bu ölkənin yaranmasının 50-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az