Azərbaycan toponimlərinin bərpası və dilə uyğunlaşdırılması ilə bağlı işlər davam etdirilməlidir.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin dekabrın 2-də keçrilən iclasında bildirib.
O qeyd edib ki, bəzi yer adları zamanla öz mənasını itirib və bu sahədə ardıcıl yanaşmaya ehtiyac var.
“Toponimlərin yerindən dilimizə qaytarılması vacibdir. Parlamentdə Toponim Komissiyası mövcuddur və bu məsələ diqqətdə saxlanmalıdır,” – Babaoğlu deyib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, yaxın günlərdə Toponim Komissiyasının iclası keçiriləcək və mövzu komissiya səviyyəsində müzakirəyə çıxarılacaq.