Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.
C.Bayramov qeyd edib ki, hər iki tərəf müxtəlif istiqamətlərdə - hökumət, parlament səviyyələrində və vətəndaş cəmiyyəti səviyyəsində - sülh prosesinə əlavə təkan vermək məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atır.