"Prezident Qərbi Azərbaycana qayıdış konsepsiyasını sülh yolu kimi görür" - Hikmət Babaoğlu

22:52 - 05 Dekabr 2025

\"Prezident Qərbi Azərbaycana qayıdış konsepsiyasını sülh yolu kimi görür\" - Hikmət Babaoğlu

"İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.


Manset.az xəbər verir ki, dövlət başçısının müraciəti ilə bağlı danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən konfranslar hər dəfə qayıdışımızın hüquqi bazasını genişləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini bu problemə yönəltmiş olur:

"Azərbaycan Prezidenti İlham Əliyev konfransa ünvanladığı məktubda qayıdışı ədalətin və beynəlxalq hüququn bərpası kimi qiymətləndirərək onun sülhə xidmət edəcəyini ifadə edib. Doğrudan da bu gün sülhə gedən yolda qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ictimai etimad mühitini formalaşdıran əsas sütun rolunu oynaya bilər. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında qarşılıqlı şəkildə inteqrasiyanın, əməkdaşlığın və tərəfdaşlığın inkişafına gətirib çıxara bilər".

Millət vəkili vurğuladı ki, sülh üçün ictimai təminat olan ədalət və hüquq konfransın əsas predmeti olmaqla yanaşı, həm də sülhə xidmət edir:

"Azərbaycan prezidenti də məhz bu məsələyə vurğu edərək Qərbi Azərbaycana qayıdış konsepsiyasını və qayıtmaq hüququnu sülh konsepsiyası, sülh yolu kimi görür. Ona görə də artıq üçüncü dəfə keçirilən bu konfrans həm qayıdışla bağlı hüquqi bazanın genişlənməsini, həm bu sahədə mövcud olan və dünyada tətbiq edilən təcrübənin öyrənilməsini, həm də postmüharibə mərhələsində mədəni irsin və sülhün əldə olunmasına yönəlik təcrübənin araşdırılmasını təmin edir. Eyni zamanda qlobal ictimai rəyin də məhz bu problemə fokuslanmasına şərait yaradır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az