Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu təşkil olunub.
Manset.az xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsiaka Abdulqadir İmam, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir iştirak edir.
Açılış sessiyasında iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.