Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdilər - FOTOLAR

21:56 - 08 Dekabr 2025

Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdilər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.


Manset.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.

    Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.

    Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az