Azərbaycan və BMT Çərçivə proqramı üzrə gələcək əməkdaşlığı müzakirə ediblər

20:16 - 30 Yanvar 2026

Azərbaycan və BMT Çərçivə proqramı üzrə gələcək əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç 2026-2030-cu illər üçün yeni Əməkdaşlıq üzrə Çərçivə Proqramı üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.


Manset.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüş zamanı yeni Əməkdaşlıq Çərçivə Proqramı (2026-2030) üzrə tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyinə dair müzakirələr aparılıb.

"Azərbaycandakı bütün BMT komandası Azərbaycanın davamlı inkişaf sahəsində milli prioritetlərini dəstəkləməyə tam sadiqdir", - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az