Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ən hündür binalardan birinin üzərinə proyeksiya olunub.
Manset.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
"Belqrad bu gecə", - H.Hacıyev yazıb və paylaşıma video əlavə edib.
Belgrad tonight!!! pic.twitter.com/or3SYqbhHG
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 15, 2026