"Hizbullah" lideri öldürüldü

10:00 - 02 Mart 2026

\"Hizbullah\" lideri öldürüldü

"Hizbullah"ın parlament fraksiyasının lideri Məhəmməd Raad İsrailin Beyruta hava hücumları nəticəsində həlak olub.


Manset.az xəbər verir ki, bu barədə Ərəb televiziya kanalı "Əl-Hədəs" məlumat yayıb.

Bildirilib ki, Təl-Əvivin cənub ətraflarına hücumunda ən azı 10 nəfər həlak olub.

Daha əvvəl "Hizbullah" İsrailə raket və pilotsuz təyyarə hücumlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü. Bu hücumlar İranın Ali Lideri Əli Xameneinin sui-qəsdinə cavab olduğu qeyd olunub.

Beyruta hücum Livan prezidenti Cozef Aunun İsrailə raket atışlarının regional münaqişəyə son qoymaq səylərinə zərər verdiyini bildirməsi ilə baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az