Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev İsrail Əfəndiyevi özünə müşavir təyin edib.
Manset.az xəbər verir ki, bunu Hit.az-a ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, bu təyinata qədər İ.Əfəndiyev Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı.