Cəlilabadda “Mercedes” aşdı - Ölən və yaralananlar var

13:39 - 26 Yanvar 2022

Cəlilabadda “Mercedes” aşdı - Ölən və yaralananlar var

Cəlilabad rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 26-sı saat 1 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az