logo
logo logo
logo

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

23:12 - 24 Noyabr 2026

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığıda deyilir: "Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az