Son beş ildə Ermənistanda beş mindən çox insan öz adını dəyişdirib.
Manset.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ədliyyə Nazirliyinə istinad edən saytlar qeyd edirlər ki, 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək 5258 Ermənistan vətəndaşı əvvəlki adını dəyişərək yeni ad seçib.
- Vətəndaşların heç bir şəxsi məlumatları göstərilmədən dəyişdirilmiş adların siyahısını təqdim etməyi xahiş etdikdə, idarədən qeyd ediblər ki, belə statistika aparılmır. Bu arada Ermənistanın Statistika Komitəsi 2021-ci ildə ermənilərin uşaqlara qoyduqları adların siyahısını dərc edib. Ən çox seçilən qız adı - Nare (750), Mariya (635), Arpi (543), Mane (489), Angelina (443). Ən az qoyulan adlar isə Astxik (81), Narine (84), Sofyadır (84).
Oğlanlara daha çox David (1275), Narek (864), Monte (646), Tiqran (580) və Areq (559) seçilib. Populyar olmayan oğlan adları isə Manvel (68), Henri (75) və Menuadır (74). Statistika komitəsinin məlumatına görə, ötən il Ermənistanda 19 064 oğlan və 17 521 qız doğulub, məqalədə yazılıb.