Ötən il neçə istehsalat qəzası qeydə alınıb? - AÇIQLAMA

17:28 - 11 Fevral 2022

Ötən il neçə istehsalat qəzası qeydə alınıb? - AÇIQLAMA

Ötən il istehsalat qəzaları səbəbindən 327 zərərçəkənə haqqının verilməsi təmin edilib.

 

Manset.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Facebook”da yayımlanan “Sosial saat” layihəsində deyib.

O bildirib ki, aparılan tədqiqatlar zamanı 301 sayda bədbəxt hadisənin baş verdiyi müəyyən edilib.

“Əmək təhlükəsizliyinin pozulmasına dair faktlar aşkar olunarsa, işəgötürənə bu istiqamətdə müvafiq tapşırıqlar verilir ki, həmin qayda pozuntuları aradan qaldırılsın”, - deyə xidmət rəisi qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az