Ötən il ərzində ölkə əhalisinin sayı 37 233 nəfər və ya 0,4 faiz artıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 2022-ci il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 10 156 366 nəfərə çatıb.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
İlin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 5 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi-Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşayıb.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1 076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.