Məktəblərdəki epidemioloji vəziyyət açıqlandı

11:45 - 22 Fevral 2022

Məktəblərdəki epidemioloji vəziyyət açıqlandı

"Epidemioloji vəziyyətlə əlaqədar olaraq paytaxt və region məktəblərində vəziyyət fərqlidir".

 

Manset.az xəbər verir ki, bunuTəhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, son iki həftədə yoluxma sayında kəskin azalma müşahidə edilir. Bu səbəbdən şagirdlərin dərsə davamiyyəti əvvəlki dövrlərə nisbətən yaxşılaşıb:

"Hesab edirəm ki, yaxın zamanda yoluxma sayı o həddə çatacaq ki, tədris prosesində qırılmalar baş verməyəcək", - deyə o bildirib.

F.Qarayev təhsil işçilərinin vaksinasiyasından da danışıb. O qeyd edib ki, hər bir müəllim öz məsuliyyətini başa düşür:

"Müəllimlərimiz bilirlər ki, birmənalı şəkildə şagirdlərlə birbaşa ünsiyyətdədilər və cəmiyyətdə nümunəvi insandırlar. Ona görə də vaksinasiya prosesində aktiv iştirak edirlər" - deyə o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az