“Erməni silahlı qüvvələrinin bütün Qarabağ ərazisindən çıxarılmasını gözləyirik”

21:54 - 22 Fevral 2022

“Erməni silahlı qüvvələrinin bütün Qarabağ ərazisindən çıxarılmasını gözləyirik”

 “Bakı İrəvandan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin, o cümlədən erməni silahlı qüvvələrinin bütün Qarabağ ərazisindən çıxarılmasını gözləyir"

Manşet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra birgə mətbuat konfransında deyib. 

“Eləcə də Azərbaycanın əsas hissəsi və Naxçıvanla kommunikasiyaların açılması ilə bağlı olan bütün bəndlərin tam yerinə yetirilməsini gözləyirik. Bu, erməni tərəfinin hüquqi öhdəliyidir”, - deyə Əliyev bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az